Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır.
Milli.Az bu üsulun detallarını təqdim edir:
Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir.
Su ilə hərəkət edən buzların səthə yapışmamış yüngül kir parçacıqlarını sürtünmə yolu ilə uzaqlaşdıra biləcəyi iddia olunur.
Buz kublarının təmizlik gücünü artırdığına və ya ləkələri çıxardığına dair heç bir elmi sübut yoxdur; o, yerləşmiş ləkələri və bakteriyaları yox edə bilməz.
Bu üsul yalnız gündəlik təmizliklər arasında sadə bir tətbiqdir və heç vaxt xüsusi təmizlik vasitələri ilə fırçalamanın yerini tutmur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)