Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ukraynanın “UNITED24 Media” platformasında dərc edilmiş araşdırma məqaləsində Azərbaycana qarşı ciddi ittihamlar irəli sürülüb. İddiaya görə, Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi “X-29TE” (Kh-29TE) idarəolunan “hava-yer” tipli raketlərinin istehsal zəncirində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC-nin fəaliyyətindən istifadə olunub.
Məqalədə qeyd olunur ki, bu hərbi əməkdaşlıq Rusiya-Ukrayna müharibəsindən əvvəl başlasa da, 2022-ci ildən sonra da davam edib və 2023-cü ildə istehsal həcmi daha da artıb.
“UNITED24” iddiasını sübut etmək üçün bir sıra rəsmi sənədlər də təqdim edib.
İlk növbədə qeyd olunmalıdır ki, sözügedən materialın dərcindən dərhal sonra Soros Fondu ilə əlaqəli olan və Azərbaycana qarşı daim qərəzli, eləcə də təxribatçı fəaliyyətləri ilə seçilən “OC Media”, “Jam-news”, “Qəzetçi”, “Abzas Media” və “Meydan TV” kimi platformalar kampaniya şəklində bu məlumatları tirajlayıblar.
“Qafqazinfo” x Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.