“Universal” Hospitalın həkimi Azər Kərimovdan ŞİKAYƏT: “Məni kor etdi” ŞOK Yeni Gündəm | I…
Yenigundem saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Salyan rayon sakini Gülşən Adışirinova göz həkimi Azər Kərimovun həyata keçirdiyi əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edir.
Şikayətçi bildirir ki, əməliyyatdan öncə həkimin onun problemini həll edəcəyinə dair təminat verdiyini desə də, əməliyyat nəticəsində onun vəziyyəti daha da pisləşib.
Məsələ ilə bağlı “Ajans.az”a müraciət edən zərərçəkmişin oğlu İsmayıl Adışirinov hadisənin detalları haqqında geniş açıqlama verib.
O, bildirib ki, anasının bir gözü 7 il əvvəl görmə qabiliyyətini itirmişdi: “ARB kanalında Azər Kərimovu izlədikdən sonra ona müraciət etdik.
Həkim anamın sol gözündə katarakta olduğunu və əməliyyatın uğurlu keçəcəyini təmin etdi. Analizlərdən sonra əməliyyata qərar verildi.
İlk əməliyyatdan sonra anamın gözündə güclü ağrılar başladı.
Həkim bu ağrıları müvəqqəti hesab edərək analgin və dimedrol kimi dərmanlarla müalicəni tövsiyə etdi.
Tam oxu
Xəbəri oxu