Universiada: ABŞ medal sıralamasında liderliyə yüksəlib

18.07.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ yığması Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada medal sıralamasına başçılıq edir.

İdman.biz xəbər verir ki, multiforumun startı amerikalılara üç qızıl və beş bürünc medal qazandırıb.

İkinci pillədə Cənubi Koreya yer alıb. Növbəti Universiadanın ev sahibi olacaq bu ölkənin hesabında iki qızıl, iki gümüş və bir bürünc medal var.

Üçüncü yerdə isə Çin qərarlaşıb (1 qızıl, 2 gümüş, 2 bürünc).

Yarışların ilk günündə artıq 15 ölkə medal qazanıb. Qrup hərəkətləri komandasının çoxnövçülük yarışında liderliyini nəzərə alaraq, Azərbaycan yığması bu gün medal hesabını aça bilər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью