Universiada: Aynur Quliyeva ilə Nazilə Rəhimova pley offda FOTO

17.07.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniyanın Reyn-Ruhr regionunda keçirilən 32-ci Ümumdünya Yay Universiadasında qılıncoynatmanın sablya və şpaqa növləri üzrə şəxsi yarışlarda mübarizəyə start verilib.

İdman.biz xəbər verir ki, qız şpaqaçılarımızdan Aynur Quliyeva (4 qələbə) və Nazilə Rəhimova (3 qələbə) qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.

Qrupda 1 qələbəsi olan Xədicə Həsənli mübarizəni dayandırıb.

Oğlan sablyaçıların şəxsi yarışı Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Bu növdə Maqsud Hüseynli, Saleh Məmmədov və Murad Əkbərov qüvvəsini sınayacaq.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью