Universiada: Azərbaycan gimnastlarından ikinci QIZIL YENİLƏNİR

19.07.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada Azərbaycan yığması aktivina ikinci qızıl medalı yazdırıb.

İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, gimnastika üzrə qrup hərəkətləri komandası beş lentlə çıxışda birinci yeri tutub.

Ləman Əlimuradova, Darya Sorokina, Yelizaveta Luzan, Güllü Ağalarzadə və Kamilla Əliyevadan ibarət komandamız 22.850 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ukrayna gümüş, Koreya isə bürünc medala sahib olub.

Bu gün komandamız daha bir finalda qüvvəsinin sınayacaq. Ginmastlarımız 3 top və 2 halqa ilə çıxış edəcəklər.

Qeyd edək ki, qrup hərəkətləri komandamız dünən çoxnövçülükdə qızıl medal qazanıb.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью