Universiada: Çimərlik voleybolçularımızdan uğursuzluq

21.07.2025

Icma.az, Idman.biz saytına istinadən bildirir.

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasında çimərlik voleybolu üzrə yarışlara start verilib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunlar Duysburqda keçirilir.

Qadınların yarışında azərbaycanlı Səbinə Əlizadə - Fidan Əhmədxanova cütlüyü İsveçrənin Menia - Annika duetinə iki setdə uduzublar (21:11, 21:8).

Kişilərdən ibarət Nəriman Bayramlı - Ayxan Abdullayev duetimiz isə çexiyalı Dzavoronok - Trusil cütlüyünə məğlub olublar. Birinci set 13 xallıq fərqlə (8:21) başa çatıb. İkinci setdə də çexlər qalib gəlib - 11:21.

Zəki Feyzullayev
İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью