Universiada: italiyalı gimnast süni komada

25.07.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

İtaliyalı gimnast Lorenso Boniçelli dərmanla yaradılmış komaya salınıb.

İdman.biz xəbər verir ki, 23 yaşlı idmançı Universiadada idman gimnastikası üzrə kişi komandaların çoxnövçülük yarışı zamanı boynu üstə yıxılaraq xəsarət alıb.

Zaldan xərəkdə çıxarılan Boniçelli universitet klinikasına çatdırılıb. Hadisədən sonra İtaliya yığması yarışlardan çıxıb.

Gimnast əməliyyat olunub və hazırda süni komadadır. Onun vəziyyəti ilə bağlı daha ətraflı məlumat 10 gün ərzində bəlli olacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью