Universiadada 55 ölkə medal qazanıb

30.07.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada 55 ölkə təmsilçiləri medal qazanıb.

İdman.biz xəbər verir ki, medal cədvəlində sonuncu yerləri Avstriya, Kolumbiya, Meksika və Monqolustan bölüşüblər – bu ölkələrin hər biri yalnız bir bürünc medal əldə edib.

Azərbaycan komandası isə yarışlarda iki qızıl və iki gümüş medal qazanaraq 24-cü yeri tutub. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası – Ləman Əlimuradova, Güllü Ağalarzadə, Darya Sorokina, Kamilə Əliyeva və Yelizaveta Luzan iki yarışda qalib gəlib, bir dəfə isə ikinci olub. Digər gümüş medalı isə cüdoçu Eldcan Hacıyev (90 kq) qazanıb.

Medal sıralamasında birinci yerdə Yaponiya (34 qızıl, 21 gümüş, 24 bürünc) qərarlaşıb, Çin ikinci (30-27-17), ABŞ isə üçüncü (28-27-29) olub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью