Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər

24.01.2026

Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Allah məni sevdi ki, teatrdan ayrıldım. İncidim getdi. Teatrdakı aktyor və aktrisaların üsyanını qınayırlar. Aktrisayam başqa yerdə çalışa bilmərəm. Amma teatr müdiri başqa yerdə işləyə bilər".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kubra Əliyeva "Qapqara" yutub layihəsində deyib. Aktrisa Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirən tələbələrin teatrda iş tapa bilməməsindən şikayətlənib:

"Aktyor teatrdan ayrılır və özünü heç yerdə tapa bilmir. Bəzən alış-verişə gedirəm. Baxıram bir gənclik dövrünü keçən adamdır. Danışıram, deyir, incəsənət universitetini bitirmişəm. Ürəyimin başına od düşür. Mən də oxumuşam orada. Nə həvəslə ora girib, amma teatrda yer tapa bilmir. Ailəsini dolandırmalıdır. Evin qazanının qaynaması üçün qazanın içini qazanmalısan".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью