Icma.az bildirir, News24 portalına istinadən. Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə bağlı mətbuatda bir sıra iddialar yayılıb.
İddiaların birində deyilir ki, universitetin təsərrüfatında 60-dan çox iribuynuzlu, 200-dən çox xırdabuynuzlu heyvan olub, lakin hazırda yalnız 7-8 iribuynuzlu, 40–45 xırdabuynuzlu heyvan qalıb.
Tələbələr heyvanların satıldığını iddia ediblər.Modern.az iddialarla bağlı Azərbaycan Dövlət Aqrar Universiteti ilə əlaqə saxlayıb.Universitetdən bildirilib ki, yazılan ittihamların hamısı əsassızdır və universitetin akademik nüfuzunu ləkələmək xarakteri daşıyır:“Yerində tanışlıq üçün mən yenədə sizi Universitetə dəvət edirəm.
Bu kimi yalan və əsassız açıqlamalar yayımlayan informasiya resursları ilə bağlı da hüquqşunasımız qanun çərçivəsində tədbirlərin görülməsi üçün prosesə start verib”, - açıqlamada deyilir.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.