Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin Menecment və turizm işi kafedrasının müəllimi Azadə Murad qızı Vəliyeva vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə universitetin yaydığı məlumatda bildirilib.
Azadə Vəliyeva 22 fevral 1973-cü ildə Goranboy rayonunun Nizami kəndində anadan olub. Orta təhsilini bitirdikdən sonra, 1990–1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili ixtisası üzrə ali təhsil alıb.
Müxtəlif istehsalat və xidmət sahələrində qazandığı təcrübədən sonra, 2014-cü ildən etibarən Gəncə Dövlət Universitetində çalışmağa başlayıb.
Allah rəhmət eləsin.