Universitet müəllimlərinin maaşı artırılmalıdır Millət vəkilindən TƏKLİF

26.11.2024

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Bölgələrdə yeni iş yerlərinin gücləndirilməsi və artırılması aktual olaraq qalır. İkinci bir məsələ qazlaşdırılma ilə bağlıdır. Digər məsələ isə təbii ki, təhsillə bağlıdır".

Redaktor.az xəbər verir ki, bunu millət vəkili Ceyhun Məmmədov parlamentin noyabrın 26-da keçirilən iclasında deyib.

"Ötən ilin ən əlamətdar hadisəsi Qarabağ və Azərbaycan-Türkiyə universitlərinin yaradılmasıdır. Elmi dərəcələrə görə verilən pul artırılmalıdır. Yeni mexanizm nəzərdə tutulur və bu mexanizm sürətləndirilməlidir. O cümlədən, universitet müəllimlərinin də maaşında artım olmalıdır", - deyə C.Məmmədov təkliflər verib.

Türkan İSGƏNDƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью