Universitet vergilərini vaxtında ödəməyib

23.01.2025

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Tibb Universiteti (VÖEN – 1400457111) və bu universitetin Tədris Cərrahiyyə Klinikasının (VÖEN – 1402715001) dövlət büdcəsinə ümumilikdə 27 min 803 manat 30 qəpik vergi borcu var.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Tibb Universitetinin 21 min 903,86 manat, Tədris Cərrahiyyə Klinikasının isə 5 min 899,44 manat vergi borcu yaranıb.
Qeyd edək ki, Azərbaycan Tibb Universitetinə professor Gəray Gəraybəyli, Tədris Cərrahiyyə Klinikasına isə dosent Əsədulla Sultanov rəbərlik edir.
Murad Məmmədov
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью