Universitetdə atışma oldu: Ölən və yaralananlar var

11.11.2024

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

ABŞ-nin Alabama ştatında yerləşən Taskiqi Universitetində atışma zamanı bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Atışma noyabrın 10-da səhər saatlarında universitet şəhərciyində baş verib və ölən şəxsin təhsil müəssisəsi ilə əlaqəsi olmayıb.

Zərərçəkənlərin dəqiq sayı dəqiqləşdirilir, bütün yaralılar xəstəxanaya aparılıb.

“Bir neçə nəfər, o cümlədən Taskiqi Universitetinin tələbələri yaralanıb və onlar “East Alabama” Tibb Mərkəzində və “Baptist South” Xəstəxanasında müalicə olunurlar”, – məlumatda qeyd olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью