Universitetdə təmir işləri görərkən qəfil öldü

18.08.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mingəçevirdə usta iş yerində qəfil vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə avqustun 17-si saat 08 radələrində Mingəçevir Dövlət Universitetinin inzibati binasında baş verib.

Şəhər sakini 1983-cü il təvəllüdlü Ruslan Tərlan oğlu Seyidzadə usta işlədiyi Dilarə Əliyeva küçəsində yerləşən universitetdə təmir işləri görərkən vəfat edib.

Onun infarktdan öldüyü bildirilib.

Araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью