Universitetin baş müəllimi vəfat edib

29.06.2026

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Qivami Qazıyev dünyasını dəyişib.

Modern.az-ın məlumatına görə, səhhətində yaranmış problemlər səbəbindən bir müddətdir müalicə alan 70 yaşlı dosent, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib.

Qeyd edək ki, alim elmi və pedaqoji fəaliyyətinə görə 2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью