Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı Ali Neft Məktəbinin (BANM) bufetində tələbələr üçün təqdim olunan yeməklərin qiymətləri açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə rektor Elmar Qasımov sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda göstərilən menyuya əsasən qiymətlər belədir:
Şorba, qarnir, əsas yemək və salatın hər biri 1,50 manat
Kişmişli keks – 0,50 manat
Türk paxlavası – 0,80 manat
Darçınlı keks – 0,60 manat
Müxtəlif tortlar – 1 manat
Bulka cemli – 0,60 manat
Ekler – 1 manat
İsti içkilər arasında çay fincanı 0,20 manat, çay çaynikdə 1 manat, qəhvə fincanı 0,60 manat, kapuçino isə 0,70 manat müəyyənləşdirilib.
Soyuq içkilərin (bakalla) qiyməti isə 0,50 manat göstərilib.
Elmar Qasımov paylaşımında BANM bufetindəki qiymətləri “tələbə dostu yemək qiymətləri” kimi təqdim edib.
Murad İsmayıl