Universitetlər attestatla qəbula etiraz ediblər DİM rəhbəri

14.07.2025

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Yalnız attestatla qəbul imkanı bu il bəzi ixtisaslar üzrə təqdim edilməyib. Həmin ixtisasların V ixtisas qrupuna daxil edilməsi nəzərdə tutulsa da, layihə reallaşdırılmayıb.

"Unikal" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı keçirilən tədbirdə deyib.

O bildirib ki, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər: “Bildirdilər ki, onlar üçün abituriyentlərin həmin sahəyə dair ilkin bilikləri əldə etməsi vacibdir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью