Universitetlərdə təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi təklif olunur

17.11.2026

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ölkə.az xəbər verir ki, bunu deputat Göydəniz Qəhrəmanov parlamentdə 2027-ci ilin büdcə müzakirəsi zamanı deyib.

O bildirib ki, bu sıxlığın aradan qaldırılması məqsədi ilə ərazidə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac var.

Deputatın növbəti təklifi turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması ilə bağlı olub.
“Ölkəmizdə turizm sektoru sürətlə genişlənir və ildən-ilə turistlərin artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır. Təklif edirəm, turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin. Bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə geniş imkan açacaq”, - o qeyd edib.

Mürtəza

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью