Universitetlərə ixtisas seçiminin başlayacağı tarix bilinib

29.07.2026

Icma.az, Apa.az saytına istinadən bildirir.

"Universitetlərə ixtisas seçiminin adətən avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur. Bu il də eyni qaydada olacaq".

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən I və IV ixtisas qrupları üzrə blok imtahanlarının nəticələri elan olunub: "Yaxın günlərdə həmin nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət imtahanlarının nəticələri də iki-üç gün ərzində, idman üzrə qabiliyyətimtahanlarının nəticələri isə ayın 7-dək yekunlaşacaq. Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan yerləri də avqustun əvvəllərində çap olunaraq “Abituriyent” jurnalında əksini tapacaq. Vəziyyət ötən illə oxşardır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью