Universitetlərə mina yerləşdirilib? Qazaxıstanda

20.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almatının müxtəlif rayonlarında yerləşən 3 ali təhsil müəssisəsi minalanma ilə bağlı təhdidlər alıb.

Bakıvaxtı.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə şəhərin polis departamentindən bildirilib.

Məlumata görə, hadisə yerlərinə təcili xidmətlər göndərilib. Mütəxəssislər zəruri təhlükəsizlik tədbirlərinə riayət etməklə binalara və ətraf ərazilərə kompleks baxış keçiriblər.

Media bildirib ki, ali məktəblərdən biri Beynəlxalq Biznes Universitetidir, onun elektron poçtuna binada partlayıcı qurğunun yerləşdirilməsi barədə məktub daxil olub.

Əldə olan məlumata görə, mühafizə xidməti və sahə polis müfəttişləri tərəfindən binaya baxış keçirilməsinə qərar verilib. Yoxlamadan sonra dərslər davam etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью