Universitetlərə qəbul olunanlar: Rayon əhalisinin göstəricisi azdır

03.06.2025

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu il ali təhsil müəssisələri üzrə, bütövlükdə, dövlət hesabına maliyyələşdirilən ixtisaslara qəbul olanların (subbakalavrlar da nəzərə alınmaqla) 82.24%-i (22769 nəfər) Bakı şəhərində, 17.76%-i (4918 nəfər) isə respublikanın regionlarında yerləşən ali təhsil müəssisələrini seçib.

Yenisabah.az xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 2024-2025-ci tədris ili üçün tələbə qəbulu və buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent 12” jurnalında qeyd olunub.

2023-cü ildə bu göstəricilər müvafiq olaraq 84.96% (22127 nəfər) və 15.04% (3916 nəfər) olub.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью