Universitetlərə qəbul planı 8 faiz artıb Məleykə Abbaszadə

14.07.2025

Sfera.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu ilin planına əsasən, ali təhsil müəssisələrində qəbul üçün yerlərin sayı 8 faiz artıb. Müəyyən ixtisas qruplarında ötən illərə nisbətən fərqlər müşahidə olunur".

Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzində ötən il – 2024-cü ildə keçirilən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı təşkil olunmuş müzakirələrdə deyib.

Onun sözlərinə görə, dövlət sifarişi əsasında qəbul olunan tələbələrin sayı ümumilikdə yerlərin 46 faizini təşkil edəcək. Bu göstərici ötən illə müqayisədə 2 faiz artıb ki, bu da əlavə 568 yer deməkdir. Beləliklə, 2025-ci ildə dövlət sifarişi əsasında qəbul üçün ümumilikdə 28 min yer ayrılıb.

Fidan Hacızadə
Sfera.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью