Universitetlərə qəbul planı artırılacaq? Məleykə Abbaszadədən cavab

24.04.2025

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qəbul planı DİM-ə təqdim olunan kimi Nazirlər Kabinetinə məlumat verilir.

Modern.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, hazırda ali təhsil müəssisələrinə qəbul planı hələ təqdim olunmayıb:

"Hal-hazırda yalnız kolleclərə qəbul üzrə plan yerlərinin sayı DİM-in əlində mövcuddur. Bu göstəricilərə əsasən isə kolleclərə qəbul planında elə də böyük dəyişiklik müşahidə olunmur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью