Universitetlərimiz dünyanın ən yaxşılarının sırasında FOTO

13.03.2025

Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 12-də "Quacquarelli Symonds" reytinq agentliyi fənn sahələri üzrə dünyanın ən yaxşı universitetlərinin 2025-ci il üçün cədvəlini dərc edib.

Milli.Az xəbər verir ki, Azərbaycan universitetləri, ümumilikdə, 5 fənn sahəsində təmsil olunub və irəliləyib.

Bakı Dövlət Universiteti "Neft-qaz mühəndisliyi" ixtisası üzrə təmsil olunub, o cümlədən ilk dəfə "Riyaziyyat" ixtisası üzrə reytinqdə yer alıb. Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və ekonometrika" və "Sosial elmlər və idarəetmə" ixtisasları olmaqla 2 fənn sahəsində təmsil olunub. Azərbaycan Dillər Universiteti isə "Müasir dillər" proqramı üzrə dünyanın ən yaxşı 250 universitetinin siyahısına daxil olub.

Qeyd edək ki, sözügedən reytinq 5 indikatoru (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alır. "Qafqazinfo"

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью