Universitetlərin ətrafında vəziyyət kritik həddə Təhsil müddəti azaldılır?

17.11.2026

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Göydəniz Qəhrəmanov paytaxtın "Elmlər Akademiyası" metro stansiyası ətrafında yerləşən ali təhsil müəssisələrinin çoxluğunun bu ərazidə həddindən artıq nəqliyyat və sərnişin sıxlığı yaratdığını bildirib.

"Yeni Sabah" xəbər verir ki,  parlamentari mövcud problemin aradan qaldırılması məqsədilə həmin istiqamətdə avtobus marşrutlarının artırılması və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi üzrə zəruri tədbirlərin görülməsinə ciddi ehtiyac olduğunu diqqətə çatdırıb.

Çıxışında turizm sektorunda kadr hazırlığı məsələsinə də toxunan G.Qəhrəmanov bu sahədə ali təhsil müddətinin optimallaşdırılmasını təklif edib. O qeyd edib ki, ölkədə turizm sektorunun sürətlə genişlənməsi və gələn turistlərin sayının ildən-ilə artması ixtisaslı kadrlara olan tələbatı daha da yüksəldir. Online shopping Azərbaycan

Deputatın sözlərinə görə, turizm ixtisasları üzrə ali təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun peşəkar kadrlarla operativ təmin edilməsinə geniş imkan yaradar.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью