Sherg.az saytına istinadən Icma.az xəbər verir. Nəinki tələbələr, məktəbli uşaqlar da mərc oyunlarına girişirƏhməd Qəşəmoğlu: “Dəfələrlə diq
Universitetlərin yaxınlığında yerləşən mərc oyunu mərkəzləri bu problemi daha da dərinləşdirir.
Hər gün borc içində batan, gələcəyini itirmək təhlükəsi ilə üzləşən tələbələrin sayı artır.
Təhsil eksperti Kamran Əsədovun “Sherg.az"a açıqlamasına görə, asan qazanc illüziyası gənclərin təhsilinə, psixoloji sağlamlığına və ailə münasibətlərinə böyük zərbə vurur:“Mərc oyunları yalnız maliyyə itkiləri ilə məhdudlaşmır.
Bu vərdiş tələbələrin diqqətini dərslərdən yayındırır, onları psixoloji və emosional stresə salır, hətta bəzən cinayətə və ya intihara aparan yolları açır.
Bu mərkəzlərin universitetlərin yaxınlığında yerləşməsi isə tələbələri bu təhlükəyə daha asan hədəf edir.
Universitetlər və dövlət orqanları bu problemin həlli üçün dərhal tədbirlər görməlidir.
Mərc oyunu mərkəzlərinin universitetlərdən uzaqlaşdırılması, tələbələr üçün maliyyə maarifləndirilməsi proqramlarının keçirilməsi və alternativ idman və mədəni fəaliyyətlərə şərait yaradılması vacibdir.