Unlu qənnadı məmulatlarının istehsalı 1 % dən çox artıb

22.07.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bu ilin I yarısında Azərbaycanda 35 min 690 ton unlu qənnadı məmulatları istehsal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çoxdur.

İyulun 1-nə ölkədə 478,3 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 93,8 % çoxdur.

Xatırladaq ki, 6 ayda Azərbaycanda 2 milyard 628,5 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 12 % çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью