UNRWA: Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırılıb

13.10.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağına 1 milyon insan üçün ərzaq çatdırıb.

APA xəbər verir ki, bu barədə təşkilatın “X” səhifəsində dərc olunmuş bəyanatda bildirilir.

"Atəşkəs razılaşmasının ilk günlərində UNRWA bir milyon insanı, yəni anklavın əhalisinin yarısını qidalandırmaq üçün kifayət qədər ərzaq gətirdi. Bizim onları çatdırmaq üçün ehtiyatlarımız, resurslarımız və kadrlarımız var", - bəyanatda deyilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью