Unudulmaqda olan adət ənənələlər adlı layihənin növbəti tədbiri keçirilmişdir FOTOLAR | Ic…
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Laçın rayon Bəylik İcma Klubunun Akt zalında, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə "Qloballaşma və Milli Həmrəylik" Ictimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən "Unudulmaqda olan adət- ənənələlər"adlı layihənin növbəti tədbiri keçirilmişdir.
Tədbirdə Laçın rayonunun ziyalıları,Bəylik Kənd İcma Klubunun nümayəndələri, Bəylik və Sus kənd sakiniləri, digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə, Müharibə Əmək və Silahlı Qüvvələır Veteranı Laçın rayon təşkilatının sədri Qəzənfər Hüseynov açılış nitqi etmişdir.
O, tədbir iştirakçılarını salamladıqdan sonra, QMHİB-yi və sədrini tədbir iştirakçılarina təqdim etmiş, mövzu ilə bağlı ətraflı çıxış etmişdir.
QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra , tədbirin Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirildiyini bildrmişdir.Həsən Qarayev, tədbirin həmçinin, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ''Konstitusiya və Suverenlik İli'' elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamına uyğun keçirildiyini qeyd etmişdir.
Laçın rayon Müharibə Əliləri və SQ veteranı Qərib Səlimov milli adət-ənənələr, torpağa bağlılıq, mənəvi dəyərlər ilə bağlı ətraflı çıxış etmişdir.
Tədbir iştirakçıları ailə dəyərləri, toy adət-ənənəsi, yas adətləri, milli geyim, xalçaçılıq sənəti, Türk milli kimliyi, milli-mənəvi dəyərlərimiz barədə məzmunlu və mənalı çıxışlar edərək öz fikirlərini bildirmişlər.
Tam oxu
Xəbəri oxu