Unut məni, aldat məni, at məni Məmməd Araz

05.09.2026

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az "Günün şeiri" layihəsindən Məmməd Arazın "Unut məni" şeirini təqdim edir.

Dilim dinməz, kirpiklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.

Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.

Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.

Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.

Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasında nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.

Tehranla ilk rəsmi əlaqə quran cümhuriyyətçi diplomat - Cavad xanın Nargində güllələnən nəticəsi kim idi? “The Voice”də böyük format dəyişikliyi – Məşhurlar yarışacaq? Tarixçi alim: "Möminə Xatun türbəsinin bərpası olduqca əhəmiyyətlidir"
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью