525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Səfirliyi 7 oktyabr qətliamının üçüncü ildönümündə qurbanların xatirəsini dərin ehtiramla yad edir”.
525.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesablarında paylaşımda vurğulanıb.
Qeyd edilib ki, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın başçılıq etdiyi terrorçular təxminən 1200 nəfəri qətlə yetiriblər, 251 nəfəri isə girov götürərək Qəzzaya aparıblar.
“Uşaqlar, nənələr və babalar. Öz evlərində olan ailələr. Musiqi festivalına toplaşan gənclər. Başqalarını xilas etmək üçün mübarizə aparan hərbçilər, polis əməkdaşları və mülki şəxslər. Hər birinin adı, həyat hekayəsi və onu sevən insanlar vardı. Hər birinin yaşamaq və gələcəyini qurmaq haqqı vardı.Üç il ötüb. Əzizlərini itirənlər isə onların yoxluğunu hər gün hiss edirlər.
Biz sağ qalanların, girovluq əzabını yaşamış insanların və yaxınlarını itirmiş ailələrin yanındayıq. Başqalarının köməyinə çatanların göstərdikləri cəsarəti ehtiramla yad edir, bu insanların hekayələrini yaşatmağı və gələcək nəsillərə çatdırmağı özümüzə borc bilirik.
Unutmadıq. Heç vaxt unutmayacağıq”, - paylaşımda vurğulanıb.
Pərvanə Sultanova