Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
8 may 1992-ci il tarixində Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi.
Bu tarix Azərbaycan xalqının yaddaşında dərin iz buraxıb. Sfera.az xəbər verir ki, işğal nəticəsində minlərlə azərbaycanlı öz doğma yurd-yuv
Şəhər həm maddi, həm də mənəvi baxımdan ciddi dağıntılara məruz qalmışdı.
Həmçinin, Şuşanın müdafiəsində iştirak edən təxminən 200-dən çox vətəndaşımız həlak olmuşdu.
Lakin 2020-ci ilin noyabrında Prezident İlham Əliyevin qətiyyətli iradəsi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində Şuşa düşmən işğalından azad edildi.
O vaxtdan bəri şəhərdə genişmiqyaslı bərpa və tikinti işləri həyata keçirilir.
Paralel olaraq, mərhələli şəkildə yerli əhalinin doğma torpaqlarına qayıdışı təmin olunur.