UNUTMAYAQ Kİ, UNUDARLAR... Akademik İmam Mustafayevin xatirəsinə | Icma.az
Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Misir Mərdanov,(Keçmiş təhsil naziri, professor)Ağ və qara ləkələrlə zəngin olan böyük tariximizdə son yüz il xüsusi yer tutur.
Məhz bu dövrdə 3 dəfə dövlət quruluşu (1918, 1920, 1991), 3 dəfə əlifba (1929, 1939, 1992), 4 dəfə xalqın adı (1918, 1937, 1992, 1995) dəyişmiş, Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, Rusiyanın Sovet adı altında 70 illik müstəmləkəçiliyi mövcud olmuş, müstəqilliyimiz bərpa edilmiş, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları nəticəsində Qarabağ müharibəsi başlamış, "Əsrin müqaviləsi" imzalanmış, 20 Yanvar və Xocalı faciələri törədilmiş, işğal edilmiş torpaqlarımız azad olunmuş, ərazi bütövlüyümüz təmin edilmiş və digər çoxsaylı tarixi hadisələr baş vermişdir.
Hərdən elə düşünürəm ki, yaxın tarix olduğuna və bu dövrdə yaşadığıma görə baş vermiş bütün hadisələr haqqında məlumatlıyam, ancaq eşitdikcə, oxuduqca, öyrəndikcə görürəm ki, hələ də bələd olmadığımız, yaxud əksəriyyətimizə qaranlıq olan nə qədər açılmamış səhifələr, yaxud yetərincə dəyərləndirmədiyimiz şəxsiyyətlər vardır.Belə şəxsiyyətlərdən biri də Sovet dönəmində ölkəmizin 9-cu rəhbəri olmuş [Sergey Kirov (1921-1925); Ruhulla Axundov (1925-1926); Levon Mirzoyan (1926-1929); Nikolay Gikalo (1929-1930); Vladimir Polonski (1930-1933); Ruben Rubenov (Mkrtçyan) (1933); Mir Cəfər Bağırov (1933-1953); Mir Teymur Yaqubov (1953-1954)] İmam Mustafayevdir.1910-cu il fevralın 25-də uzaq Qaxın (Zaqatala qəzasının) ucqar bir kəndində - Qax-Muğalda kasıb kəndli ailəsində dünyaya gələn, beş yaşında anasını, yeddi yaşında atasını itirərək həyatın çətin sınaqları ilə üzbəüz qalan, uşaqlıq illəri zəhmət, yoxsulluq və ciddi maddi-sosial çətinliklərlə müşayiət olunan İmam elm-təhsil yolunu seçərək istedadı, zəhmətsevərliyi, inadkarlığı sayəsində uğurla irəliləməyi bacarmışdır.
İlk təhsilini kənd məscidi nəzdindəki məktəbdə (indiki Qax şəhər 1 nömrəli məktəb) almış, həyatındakı problemlərlə əlaqədar yalnız 18 yaşında Zaqatala Kənd Təsərrüfatı Texnikumunu bitirə bilmiş, sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) daxil olmuş, 1932-ci ildə təhsilini başa vuraraq həmin institutda Genetika, seleksiya və toxumçuluq kafedrasında aspirant (doktorant) olmuşdur.
1938-ci ildə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Çətin cücərən toxumların cücərdilməsinin tezləşdirilməsi üsulları" mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı üzrə namizədlik (fəlsəfə doktoru), sonra isə Leninqradda (indiki Sankt-Peterburq) "Azərbaycanın buğdaları və onların seleksiya və formaəmələgəlmə prosesində rolu" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək biologiya elmləri doktoru elmi dərəcələrini almışdır.
1950-ci ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.İmam Mustafayev 1934-1940-cı illərdə Balakən Rayon Torpaq Şöbəsində aqronomiya məntəqəsinin müdiri, Tərtər rayon kəndli-gənclər məktəbində müdir və müəllim, vaxtilə təhsil aldığı institutda dekan, kafedra müdiri, elm və tədris işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.
O, 1940-1943-cü illərdə Azərbaycan SSR Xalq Dövlət Nəzarəti komissarının müavini (1941-ci ildə rəhbər işçilər sırasında Cənubi Azərbaycana göndərilmiş, onun təşəbbüsü ilə aparılan traktorlar və digər kənd təsərrüfatı texnikası əsasında orada ilk aqrotexnika stansiyaları yaradılmışdı), 1943-1947-ci illərdə Azərbaycan SSR Xalq Torpaq komissarının birinci müavini, 1947-1950-ci illərdə Azərbaycan SSR kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin birinci katibi (1952-1953), Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1950-1952; 1953-1954), 1954-1959-cu illərdə isə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi (ölkə başçısı) vəzifələrində çalışmışdır.Bəs hadisələr necə cərəyan etmişdi?
Tam oxu
Xəbəri oxu