Ünvan soruşdu, bilmədiyi üçün güllələdi VİDEO

09.01.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda maraqlı hadisə yaşanıb. AzPost xəbər verir ki, Ekrem Önal adlı şəxs (ad şərtidir) kafenin qarşısında gözləyən Mahmut Candan (ad şərtidir) ünvan soruşub. Mahmut Can qeyd olunan ünvanı bilmədiyini deyib. Bundan əsəbləşən Ekrem Önal “niyə bilmirsən” deyərək silahla həmin şəxsin ayaqlarına atəş açıb və hadisə yerindən uzaqlaşıb.

Ayağından güllə yarası alan şəxs qan içində yerə yıxılıb. Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Yaralı Çekirge Dövlət Xəstəxanasına aparılıb. Polis cinayəti törədən şəxsin atarışına başlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью