Ünvanlı dövlət sosial yardım almaq istəyənlərə ŞAD XƏBƏR

09.12.2024

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

Ünvanlı dövlət sosial yardımın təyin olunması proseduru asanlaşdırılır.

Manset.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.

Vurğulanıb ki, bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim olunmasına bərabər tutulur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью