Uokerin şərtləri: görün “Milan”dan nələr tələb edib | Icma.az
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Daha əvvəl komandanı tərk etmək arzusunu ifadə edən “Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uokerin “Milan”dan nələr tələ etdiyi bəlli olub.
Publika.az xəbər verir ki, Uolker İtaliya nəhəngindən illik 4 milyon avro maaş + bonuslar ilə 2027-ci ilə qədər müqavilə istəyib.
Bu barədə “X” sosial şəbəkəsində jurnalist Nikolo Skira məlumat verib.
Mənbənin sözlərinə görə, sağ cinah müdafiəçisi Səudiyyə Ərəbistanı klubundan da çox sərfəli təklif alıb.
Daha əvvəl bildirilmişdi ki, “Milan” prezidentinin müşaviri Zlatan İbrahimoviç Uokerlə görüşüb, müqavilənin şərtlərini müzakirə edib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu