Uolts ABŞ ilə İran arasında nüvə danışıqlarının aparıldığını təsdiqləyib

12.07.2026

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vaşinqton və Tehran İranın nüvə proqramına dair texniki məsləhətləşmələri dayandırmır.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts "Fox News" telekanalının efirində bildirib.

"Vurğulamaq vacibdir ki, prezidenti Tramp (ABŞ Prezidenti Donald Tramp) üçün əsas prioritet olan nüvə proqramına dair texniki məsləhətləşmələr kəsilmir", - o vurğulayıb.

Diplomat əlavə edib ki, danışıqlar yoxlamaların keçirilməsi məsələsi, zənginləşdirilmiş uranın taleyi və zənginləşdirmə proqramına aiddir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью