Uolts ABŞ ordusunun husi liderlərini zərərsizləşdirdiyini açıqlayıb

23.03.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ ordusu Yəmənin “Ənsar Allah” hərəkatının liderlərini zərərsizləşdirib, hərəkatın qərargahına və silah fabriklərinə zərbələr endirib.

APA xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts “CBS News”a açıqlamasında deyib.

"Biz husilərin liderlərini, o cümlədən baş raket üzrə mütəxəssislərini məhv etdik, onların qərargahına, rabitə mərkəzlərinə, silah istehsalı zavodlarına və hətta bəzi suüstü pilotsuz aparat istehsalı obyektlərinə zərbə endirdik.", - o bildirib.

Uolts zərərsizləşdirilən şəxslərin kimyini açıqlamayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью