Uolts Səudiyyə Ərəbistanında baş tutacaq danışıqlarda iştirak edəcək

08.03.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts gələn həftə Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə baş tutacaq danışıqlarda iştirak edəcək.

APA xəbər verir ki, Uolts bunu Ağ Evdə jurnalistlərə açıqlaması zamanı deyib.

“Dövlət katibi Marko Rubio, mən və Ukrayna nümayəndə heyəti bu danışıqları məcrasına qaytarmaq, atəşkəs əldə etmək və sülhü təmin etmək üçün gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəyik”,- o deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью