Uotdord ruminiyalı mütəxəssislə danışıqlara başlayıb

11.11.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Uotdord" klubu baş məşqçi vəzifəsinə təyin olunma ehtimalı ilə bağlı Rumıniya millisinin keçmiş baş məşqçisi Edvard İordenesku ilə danışıqlar aparıb. Sport24.az xəbər verir ki, bu barədə ruminiyalı jurnalist Emanuel Roșu məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tərəflər arasında ilkin müzakirələr müsbət keçib, lakin hələlik heç bir konkret razılaşma əldə olunmayıb.

48 yaşlı mütəxəssis son olaraq Varşavanın "Legia" klubunda çalışıb. 2025-ci oktyabrında Polşa klubundan ayrılan mütəxəssis komandaya rəhbərlik etdiyi 24 matçda Polşa Superkubokunu qazanıb.

2022-ci ilin yanvarında Rumıniya millisinə baş məşqçisi təyin olunan İordanesku komandanı Avro-2024-ə çıxarmağı bacarıb. O, 2024-cü ilin iyulunda millidən istefa verib.

Qeyd edək ki, 15 turdan sonra aktivində 15 xal olan "Uotfoed" Çempionşipdə 20-ci pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью