Icma.az bildirir, Sportal.az portalına istinadən.
Fransa milli komandasının müdafiəçisi Dayo Upamekano bu il yığmanın heyətində ikinci dəfə qırmızı vərəqə alıb.
Sportal.az xəbər verir ki, 27 yaşlı futbolçu İtaliya ilə 1:1 hesabı ilə başa çatan UEFA Millətlər Liqası matçının 85-ci dəqiqəsində meydançadan qovulub. Upamekano 73-cü dəqiqədə matçın baş hakimi Xesus Xil Mansano ilə mübahisə edib, 85-ci dəqiqədə isə qayda pozuntusuna görə ikinci sarı vərəqə ilə cəzalandırılıb.
Bu, təcrübəli mərkəz müdafiəçisi üçün 2026-cı ildə Fransa millisinin heyətində ikinci qırmızı vərəqə olub. Daha əvvəl Upamekano fransızların 2:1 hesabı ilə qalib gəldiyi Braziliya ilə yoldaşlıq meydandan qovulmuşdu.
Beləliklə, Dayo Upamekano Fransa millisi tarixində bir təqvim ili ərzində iki dəfə qırmızı vərəqə ilə cəzalandırılan ilk futbolçu olub.
saytlarin hazirlanmasi