Uqanda Almaniya ilə hərbi əməkdaşlığı dayandırıb

26.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Uqanda hökuməti Almaniya Federativ Respublikası ilə bütün hərbi və müdafiə sahəsində əməkdaşlığı dərhal dayandırmaq qərarına gəlib.

APA xəbər verir ki, bu barədə “Monitor” nəşri məlumat yayıb.

Məlumata görə, Kampaladakı Almaniya səfiri Matias Şauer ölkənin daxili işlərinə qarışmaqda və təxribat fəaliyyəti həyata keçirməkdə ittiham olunub.
Uqanda Ordusunun yaydığı açıqlamada Almaniya ilə müdafiə və hərbi əməkdaşlığın dərhal dayandırıldığı vurğulanır.

Rəsmi Berlinin məsələ ilə bağlı reaksiyası hələlik açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью