Uqanda da “Ebola”dan sovuşdu

29.07.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkə rəsmiləri 20 nəfərin yoluxduğu və onlardan ikisinin ölümü ilə nəticələnən “Ebola” epidemiyasının başa çatdığını elan ediblər.

Uqanda Səhiyyə Nazirliyinə istinadla verilən məlumatına görə, epidemiya may ayının ortalarında qeydə alınıb. Xəstələrdən 15-i virusa qonşu Konqo Demokratik Respublikasında yoluxub. Həmin ölkə 3000-dən çox təsdiqlənmiş yoluxma ilə epidemiyanın episentri olaraq qalır. Uqandanın səhiyyə naziri Kris Baryomunsi bildirib ki, bu müddət ərzində gücləndirilmiş epidemioloji nəzarət tədbirləri həyata keçirilib və yeni yoluxma halı aşkar edilməyib.

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью