Uqanda Kralı 34 yaşında öldü

29.08.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uqandanın qərbindəki Toro Krallığının hökmdarı IV Oyo Nyimba Kabamba İqrukidi 34 yaşında vəfat edib.

"Yeni Sabah" New York Post-a istinadla xəbər verir ki, məlumatı Toro Baş naziri Kalvin Armstronq Rvomiire Akiiki bəyan edib.

Ölüm səbəbi rəsmi olaraq bildirilməyib. İddiaya görə, kral ağır xəstə idi və ABŞ-də müalicə alırdı. Marqarita pizza

"Bu, kral ailəsi, Toro xalqı və bütün Uqanda üçün ölçüyəgəlməz bir itkidir", - deyə Baş nazir krallıq sakinlərini birlik və sakitliyi qorumağa çağırıb.

IV Oyo 1995-ci ilin sentyabrında, cəmi 3 yaşında ikən Toro Kralı olub. Atası Kral III Rukirabasaya Patrik Devid Metyu Kaboyo Olimi 49 yaşında vəfat edib. 3 yaşlı varis daha sonra taxta çıxıb və ilk illərdə onun vəzifələrini regentlər yerinə yetiriblər.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью