Uqanda nümayəndəsi: WUF13 faydalı platformadır

18.05.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 18 may, AZƏRTAC

Bakının ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəbəkələşmə, tərəfdaşlıqların qurulması, o cümlədən qlobal mənzil böhranı ilə bağlı çağırışların həll yollarının tapılması baxımından böyük əhəmiyyət daşıyır.

Bu fikri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən Uqandanın Alternativ Sığınacaq və Yaşayış Məntəqələri Təşkilatının icraçı direktoru Dorosi Bazive deyib.

Onun sözlərinə görə, bu tədbir bütün maraqlı tərəflərin bir araya gələrək, müzakirələr aparmaq, innovasiyalar və icra mexanizmləri təqim etmək baxımından da faydalı platformadır: "Düşünürəm ki, bu tədbir, həmçinin Azərbaycanda tətbiq olunan innovativ yanaşmaların və inkişaf etmiş infrastrukturun qlobal səviyyədə təşviq olunması baxımından da böyük əhəmiyyət daşıyır. İnanıram ki, Azərbaycan bu sahədəki təcrübəsini bölüşməklə regionun inkişafına təkan vermiş olar".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью