Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Uqanda Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Muhoozi Kainerugaba ölkədə yaşayan Türkiyə vətəndaşlarını hədəf alan qalmaqallı açıqlamalar verib.
“Cebheinfo.az” xəbər verir ki, Türkiyə əleyhinə çıxışları ilə tanınan Kainerugaba sosial media hesabında paylaşdığı mesajlarda Uqandadakı bütün Türkiyə vətəndaşlarından dərhal əşyalarını toplayaraq ölkəni tərk etmələrini tələb edib.
Uqanda Prezidenti Yoveri Museveninin oğlu olan general Türkiyə ilə bütün əlaqələrini kəsdiyini iddia edib.
O, həmçinin özünə qarşı açıqlama verən Türkiyə vətəndaşlarını “casus” adlandıraraq onların həbs ediləcəyi ilə hədələyib.
Kainerugaba sentyabrın 18-də paytaxt Kampala şəhərində Türkiyənin Uqandadakı səfirliyi qarşısında kütləvi etiraz aksiyası keçiriləcəyini də açıqlayıb.
Yerli mənbələrin məlumatına görə, deputat Tvala Fadhilin rəhbərliyi ilə təşkil olunacaq aksiya çərçivəsində şəhər yürüşü və səfirlik önündə oturaq etiraz planlaşdırılır.
Bildirilir ki, Kainerugabanın rəhbərlik etdiyi "Patriotic League of Uganda" (PLU) hərəkatı da aksiyanın təşkilində iştirak edəcək.
General etiraza qarşı çıxış edən Türkiyə vətəndaşlarının saxlanılacağı ilə bağlı hədələyici ifadələr işlədib.
Qeyd edək ki, Kainerugaba əvvəllər də Türkiyənin Somalidəki hərbi fəaliyyəti ilə bağlı Ankaraya qarşı sərt açıqlamalar vermişdi.
O, Uqandanın Somalidəki hərbi iştirakını əsas gətirərək Türkiyədən 1 milyard dollar məbləğində “təhlükəsizlik dividendi” tələb etmişdi.
General həmçinin Türkiyənin Kampaladakı səfirliyinin bağlanması və Türk Hava Yollarının Uqandaya uçuşlarının qadağan edilməsi ilə hədələmişdi.
Aprel ayında verdiyi açıqlamada isə 1 milyard dollar ödənilməsi ilə yanaşı, Türkiyənim “ən gözəl qadınının” ona həyat yoldaşı kimi verilməsini də şərt kimi irəli sürmüşdü.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin