Uqandada Ebola təhlükəsi azalır: yeni yoluxma qeydə alınmayıb

11.06.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 11 iyun, AZƏRTAC

Uqandada son beş gün ərzində Ebola virusuna yeni yoluxma halı aşkarlanmayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkə Prezidenti Yoveri Kaquta Museveni məlumat verib. Onun sözlərinə görə, son günlər yalnız sağalma halları qeydə alınıb ki, bu da epidemioloji vəziyyətin yaxşılaşdığını göstərir. Prezident müsbət dinamikanı hökumətin həyata keçirdiyi tədbirlərlə əlaqələndirib və vətəndaşları gigiyena qaydalarına əməl etməyə çağırıb.

Rəsmi məlumata əsasən, Uqandada indiyədək Ebolaya 19 yoluxma halı qeydə alınıb. Qonşu Konqo Demokratik Respublikasında isə 635 yoluxma və 127 ölüm halı təsdiqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью