Uqandada Ebola virusuna yoluxanların sayı 20 nəfərə çatıb

24.06.2026

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Uqandada Ebola virusuna yoluxanların sayı 20 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 15 nəfər müalicə olunaraq xəstəxanadan evə buraxılıb. Hazırda üç xəstə müalicə alır, iki nəfər isə xəstəlik səbəbindən vəfat edib.

Nazirliyin məlumatına görə, yoluxma hallarından 15-i qonşu Konqo Demokratik Respublikasından gələn sakinlər, beşi isə yerli sakinlər arasında qeydə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью